Business Breakfast “Özsüt” – 02.08.2023

Bu gün partnyorlarımızla birlikdə “Özsüt” restoranında “Business Breakfast” görüşü baş tutub. Görüş çərçivəsində iş dünyasında mühüm yeri olan sahibkarlar səmimi mühitdə bir araya gələrək bir-birilərini yaxından tanımaq imkanı əldə ediblər. Bununla yanaşı partnyorlarımız şirkətləri haqqında ətraflı məlumat verib, biznes imkanları dəyərləndirilib. Həmçinin, görüş zamanı partnyorlarımız sahibkarlıq proseslərində qarşılaşdıqları çətinlikləri və onların aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparıblar.

Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Regional layihələrlə iş və monitorinq şöbəsinin aparıcı mütəxəssisi Ramin Babayev də görüşdə iştirak edərək partnyorlarımızla həmsöhbət olub.

Görüşün davamında partnyorumuz “Best Bearings Company” şirkətinin təsisçisi Rəhman Zeynalov diyircəkli yastıq, kəmər, kipkəc təchizatı sahəsində olan fəaliyyətləri və xidmətləri haqqında təqdimat aparıb. Təqdimat çərçivəsində şirkətin fəaliyyətləri haqqında hazırlanmış video çarx izlənilib.

Ən sonda partnyorumuz “Sharaf Media” reklam agentliyinin rəhbəri Sərxan Şərəfovun “Dəyişən marketinq dünyasında SEO-nun rolu” mövzusunda təlimi baş tutub. Sərxan bəy mövzu haqqında partnyorlarımız tərəfindən verilən sualları cavablandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sharaf Media
Avtolux Azərbaycan
SR Group
Best Bearings Company
Azelektrod
EHA Stone
Sis Collection
Mibella
SG Logistics
Jet Cinema
Brain of Construction
Unical Texnik
KOBİA
Kapital Bank
Nano
Kral Group
Al Group
Katsan Group
Vibrostone
Apply-Uni
Laser Service
Unity Technologies
Ulu Mimarlık