Ofis Ziyarəti “One Smart Star” – 02.08.2023

“Ofis ziyarəti” görüşü çərçivəsində bugün partnyorlarımızla birlikdə “One Smart Star” şirkətinin qonağı olduq. Mövcud əlaqələrini gücləndirmək və yeni biznes əlaqələri qurmaq məqsədi ilə bir araya gələn partnyorlar çay süfrəsi ətrafında öz biznes təcrübələrini bölüşüblər. Daha sonra “One Smart Star” şirkətinin rəhbəri Vüqar Əliyarov şirkətin xidmətləri, ulduz nömrələrin tətbiqi haqqında məlumat verib. Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “One Smart Star” şirkəti dünyada sürətlə yayılan, şirkətlərin bütün əlaqə məlumatlarını tək, sadə və asan yadda qalan ulduzlu nömrələrdə cəmləşdirir. 2009-cu ildən fəaliyyət göstərən şirkət artıq 10 ildən çoxdur ki, yerli biznes sektorunda davamlı və uğurlu fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

ABV
E-Mobile
S-Enna
Kovrolin.az
Rəmzioğlu Paxlava
Saat Store
Good Finance
Bayraktar Holding
Zamex
ERZ Ofis Mebeli
PanCoffee