Ofis Ziyarəti “Bimtek” – 03.08.2023

Bugün partnyorumuz “Bimtek” şirkətinin ofisini ziyarət etdik. Partnyorlarımız yeni tanışlıqlar qurmaq və şirkətin fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədi ilə bir araya gəldilər. Şirkətin rəhbəri Mustafa Cenk Abaç bizi çay süfrəsinə dəvət edərək, SMS xidmətləri haqqında məlumat verdi. Cenk bəyin təqdimatı həm də partnyorlarımıza şirkətin xidmətlərinin müxtəlif yönlərini araşdırmaq və tərəfdaşlıq üçün potensial imkanlar yaratmaq imkanı verdi.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Bimtek” qlobal bir şirkət olub, SMS vasitəsilə reklam xidmətləri göstərir. 2012-ci ildə Azərcell tərəfindən ən yaxşı SMS şirkəti olaraq mükafatlandırılmışdır. “Poct Goyercini” SMS proqramı vasitəsi ilə mobil tətbiq, Excel və Vebsayt üzərindən SMS göndərmə imkanı təqdim edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Amazon Travel
Ex2door
Socar Petrolium QSC
MG Motors
Kapital Bank
Bimtek