“Storm Building” MMC

“Storm Building” MMC olaraq müştərilərə gözoxşayan, səmərəli və tikildindən sonra istifadəsi rahat layihələr təklif edirik. Müasir bina və tikililərin layihələndirilməsi ilkin həllərin hazırlanması ilə başlayır. Layihənin ilkin dizaynı obyektin və mərtəbələrinin planlarından, bölmələrdən, perspektiv təsvirlərdən və fasadlardan ibarətdir. Müştəri inşa ediləcək binanın, onun funksional xüsusiyyətlərinin və yerləşməsinin tam təsvirini əldə edir. O, bununla yanaşı, tikilinin yerləşdiyi ərazidə sahib olduğu memarlıq perspektivlərini də qiymətləndirmək imkanına sahib olacaqdır. Şirkətimiz müxtəlif təyinatlı və mürəkkəblikdə olan layihələrin hazırlanması ilə məşğul olur.
Layihə üzrə sənədlərin tərkibinə aşağıdakılar aiddir:
• 3D görüntülər
• Konstruksiya
• Memarlıq
• Baş plan
• Mühəndislik, Kommunikasiya bölmələri
• Texnologiya
• Yanğın əleyhinə tədbirlər
İşçi layihə
Tikintilərin layihələndirilməsi zamanı seçilmiş həllər texniki və iqtisadi göstəricilərdən asılı olur. Tikintinin xarici görünüşü istifadə olunan materiallar da nəzərə alınmaqla, konkret tikinti norma və qaydalarına əsaslanır. Bina və digər tikililərin layihələndirilməsi texniki həll və şərtlər nəzərə alınmaqla, əməyin intensivliyi və tikinti xərclərinin maksimum azaldılması ilə həyata keçirilir. Binaların xarici görünüşünün həlli zamanı müasir tikinti materiallarından istifadə edilir.
Müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi və inşaatı Şirkətimiz tikililərin ən ciddi keyfiyyət standartlarına uyğun layihələndirilməsini və inşaatını təklif edir:
• Anbar binaları
• Ticarət Mərkəzləri
• Stadionlar
• Yaşayış binaları
• Xəstəxana binaları
• Prefabrik materiallardan hazırlanan tikililər
• Məktəb binaları
• Dövlət İnzibati binaları
• Otel Kompleksləri və s

Ünvan: Əhməd Rəcəbli 33

Telefon: 012 464 84 19

Mobil: 050 292 97 97

This will close in 0 seconds