Şimala “Biznes Tur” Gündəliyi – II gün

“Biznes Tur”un 2-ci günü 25 noyabr tarixində Şəkidən Balakən şəhərinə doğru yola çıxdıq. Marsol Region partnyoru “Balkhoorma” şirkətində baş tutan ofis ziyarətində şirkətin icraçı direktoru İsfəndiyar İsfəndiyarov quru və yarım-quru meyvələrin istehsal qaydası və istehsal texnologiyaları ilə tanış etdi, eləcə də bu günə kimi Almaniya, Niderland, Litva, Belarusiya, Rusiya, Ukrayna, Malayziya bazarlarına ixrac olunan məhsulların faydaları və fərqliliyi haqqında məlumat verdi. Davamında nahar yeməyi üçün Qax şəhərinin Turaclı kəndində fəaliyyət göstərən “Göl Kənarı” ailəvi istirahət mərkəzinə doğru yola düşdük.

Günün ikinci yarısında Şəkiyə qayıdaraq regionun ən böyük tikinti materialı mağazalarından olan “Evqur İnşaat”a baş çəkdik. Sonra “İmdatoğulları” şəbəkəsinin mağazası olan “Makro İnşaat”ın şourumunda ekskursiyamız baş tutdu. Mağazanın həmtəsisçisi İlqar Abdullayevlə partnyorlarımız arasında məhsullar haqqında müzakirələr aparıldı.

Günün sonunda region partnyorlarının iştirakı ilə “Ağ Qaya” restoranında sahibkarlıq fəaliyyətlərində inkişafını təmin etmək məqsədi ilə təlimimiz baş tutdu. Təlim çərçivəsində “Meslehetci.az” şirkətinin həmtəsisçisi Abbas Orucəliyev partnyorlarımızı “2024-cü il üzrə vergi məcəlləsində gözlənilən dəyişikliklər” haqqında məlumatlandırdı.

Ən sonda “Mafia” oyunu çərçivəsində asudə vaxtımızı daha əyləncəli keçirmək imkanımız oldu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds