26 noyabr “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA” və Marsol Region-un birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsinə təşkil olunan “Biznes Tur” yekunlaşıb.

Tur çərçivəsində Şəki şəhəri başda olmaqla Balakən və Qax şəhərlərində fəaliyyət göstərən sahibkarlarla birlikdə yeni biznes əlaqələri qurmaq eləcə də faydalı təlimlər təşkil edərək sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək imkanı dəyərləndirilib.

Turun son günü üçün təşkil olunan görüşlərdən biri Marsol Region partnyoru “Kələğayıçı Ziya” brendinin istehsalatında, baş tutub. Kələğayı sənətini dünyaya tanıtmaq və gələcək nəsillərə ötürmək istəyən ustad Əmiraslan Şamilov sahibkarları istehsalat sahəsində kələğayıların hazırlanma və rənglənmə qaydası haqqında məlumatlandırıb.

Günün davamında “Əliəhməd Şirniyyat Evi”ni ziyarət edən sahibkarlar xatirə şəkili çəkdirdikdən sonra Bakıya qayıdıblar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!