“Şərikli biznes” mövzusunda təlim – 05.10.2022

“MARSOL Business Club”da “Şərikli biznes” mövzusunda təlim

5 oktyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, İqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin “Şərikli biznes” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “MSDİS” holdingin marketinq direktoru Şəfi bəy öz təqdimatında şirkətin fəaliyyət istiqamətlərindən bəhs etdi. Daha sonra təlim müddətində Ruslan bəy partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Good Finance
MSDİS Holding
M.M. Logistics and Shipping
Gens Elektrik
CANAZ Group