Özbəkistan turumuzun üçüncü günü…

Səhər saatlarında Səmərqənddən Buxara istiqamətində yola düşdük. Yol boyunca tur rəhbərimiz Sərvər Mirzəyev bizə Buxara haqqında ətrafı məlumat verdi. Müzakirələr edərək Buxaraya gəlib çatdıq.

Buxarada dövlət qurumları ilə birlikdə nahar etdik. Bizi çox gözəl bir abu-havada, təntənəli bir şəkildə qarşıladılar. Qonaqpərvərliklərinə söz ola bilməzdi.

Görüşdə iştirak edən Özbəkistan dövlət qurumlarından İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, “Buxara Aqro” Azad İqtisadi Zonasının rəhbəri Tilloyev Furkat Fərxadoviç, Buxara vilayəti Ticarət və Sənaye Palatasının şöbə müdiri Niyazov Qəni Əliyeviç, Buxara vilayəti üzrə Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri Amonov Şöhruh Kurbanoviç, Buxara vilayətinin hakimliyində katibliyin müdiri Zoirov Şerzod Mullojonoviç, Məhəlləbəyi İş və Sahibkarlığın İnkişafı Agentliyi üzrə direktor müavini Xalpayev İlxom İslamoviçi yaxından tanıma imkanı əldə etdik. Səmimi süfrə ətrafında Özbəkistan sahibkarlığı haqqında müzakirələr apardıq.

Ardınca 60-dan çox Özbəkistan iş adamları ilə partnyorlarımız arasında B2B görüş baş tutdu. İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, “Buxara Aqro” Azad İqtisadi Zonasının rəhbəri Tilloyev Furkat Fərxadoviç çıxış edərək Özbəkistan-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsini vurğuladı. Marsol şirkətinin rəhbəri Tural Mustafayev və Kiçik və Orta Biznes İnkişafı Agentliyinin KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov çıxış etdi. Daha sonra Özbəkistan sahibkarlığı və bazarı haqqında video təqdimat izlədik.

Sonra isə partnyorlarımızla birlikdə “Medium Inter Prof” şirkətinə istehsalat ziyarəti etdik. Oradakı proseslərlə yaxından tanış olduq.

Oradan ayrıldıqdan sonra Payil kolon meydanını gəzdik. Axşam isə yenə dövlət qurumlarının təşkil etdiyi gözəl bir axşam ziyafətində olduq. Oranın milli yeməklərindən dadaraq oradakı dövlət qurumları və iş adamları ilə dostluq və biznes bağımızı daha da möhkəmləndirdik.