Özbəkistan turumuzun beşinci günü

Partnyorlarımızla birlikdə Özbəkistanın Xivə şəhərində istirahətimiz davam edir. Turumuzun beşinci günündə Xivə şəhərinin yeməkləri ilə məşhur olan “Mirzaboshi” restoranında nahar etdik. 50 tarixi abidənin və 250 köhnə tikilinin yerləşdiyi “Ichan Kale”ni gəzdik. Tarixi binaların yaratdığı möhtəşəm bir abu-hava var idi. Axşam saatlarına kimi davam edən gəzintimizdən sonra “Zarafshan” restoranında gözəl bir axşam ziyafəti ilə günümüzü yekunlaşdırdıq.