“İstehsalat sistemlərində planlama və qrafikləndirmə” mövzusunda təlim – 04.10.2022

“MARSOL Business Club”da “İstehsalat sistemlərində planlama və qrafikləndirmə” təlimi

4 oktyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant Seymur İlyasovun “İstehsalat sistemlərində planlama və qrafikləndirmə” mövzusunda təlimi baş tutub. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “Tuna” şirkətinin rəhbəri Rəşid Çulaqov öz təqdimatında “Tuna” şirkətinin fəaliyyət istiqamətlərindən bəhs etdi. Marsol şirkətinin Sahibkarlarla İş Departamentinin direktoru Bilal Qasımlının “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Zəfər” kuboku intellektual oyunu haqqında təqdimatı oldu. Sonra təlim müddətində Seymur bəy partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

FFF+N
Omax Group
Ecolife
Mibella
Best Bearings
Helind
Tuna
Rattan
Caspian Textile