“B2B satış alətləri” mövzusunda təlim – 03.10.2022

“MARSOL Business Club”da “B2B satış alətləri” təlimi

3 oktyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “SAT Group”un həmtəsisçisi Azad Qəhrəmanovun “B2B satış alətləri” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Zəfər” kuboku intellektual oyununun təqdimatı edildi. Sonra təlim müddətində Azad bəy B2B satış alətləri haqqında partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Hood Academy
Difa Consulting Services
WOM – Onlayn Aptek
Fisincan
Dadaşsoy Group
EuroglassArt
Nurlu Perfume Lab
Hanoğlu
Arter
Sat Group
El – KHA Construction