Fərqliliklər yaddaşımızda iz buraxır, məsələn fərqli bir mühitdə yeniliklərlə tanış olmaq kimi. Orada yeni əlaqələr qurmaq, mövcud əlaqələri möhkəmləndirmək çox fərqli təəssürat yaradır.
Bu gün “Partners & Business” layihəsi çərçivəsində “Marsol” və “Globus Travel”ın təşkilatçılığı ilə Şəmkir, Gədəbəy, Gəncəyə doğru, gözəl bir tur üçün partnyorlarımızla birlikdə yola düşdük. Səhər radələrində Bakıdan çıxdıq, yol boyunca tanışlıq və maraqlı söhbətlər oldu. “Qədir Xum” restoranında ləzzətli bir səhər yeməyindən sonra istiqamət Şəmkir idi. Şəmkirdə “Qala” restoranında Nahar yeməyindən sonra Şəmkirin gəzməli-görməli yerlərini gəzdik, sonra isə çay süfrəsi ətrafında toplandıq. Belə səmimi mühitdə Partnyorlarımız bir-birləri ilə öz təcrübələrini bölüşdü, fəaliyyətlərindən söhbət açdılar.
İndi isə Şəmkir “Excelsior Hotel”də gözəl keçən günün dincələrək dadını çıxarırıq.
Turumuzdakı gözəl anlardan objektivimizə yansıyanları sizinlə bölüşməyə davam edəcəyik.