Ofis Ziyarəti “One Smart Star” MMC – 18.08.2022

Növbəti ofis ziyarətimiz “One Smart Star” şirkətindədir. Bizi şirkətin rəhbəri Vüqar bəy qarşıladı. Tanışlıq olduqdan sonra, şirkətin fəaliyyət və xidmətləri haqqında bizə ətraflı məlumat verdi. 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan One Smart Star şirkəti dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməkdə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə və asan yadda qalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnologiyanı təqdim edir. Bu xidmət istənilən telekommunikasiya sistemində işləyir. One Smart Star nömrəsi şirkətin markasını daha da gücləndirərək, ulduz () və dörd rəqəmdən ibarət qısa rabitə çıxışı imkanlarını artırır. Müştərilər sadəcə ulduz () işarəsini və dörd rəqəmli İdentifikasiya kodunu daxil etməklə, Sizinlə əlaqə yaratmaq imkanı əldə edirlər. Bu nömrənin yadda saxlanılması asan, istifadəsi isə çox sadədir.

Bu xidmətdən istifadə edənlərdən biri də məhz bizim şirkətdir. *0555 nömrəsini yığaraq Marsol şirkəti ilə əlaqə saxlaya bilərsiniz.

Bizi qonaq edən şirkət rəhbərliyinə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

Hafele

Sabiroğlu

Azdizayn Group

Kapital Bank

Grow Audit

AzRT MMC

Şəms Tərcümə

ADRA

AzFinance