Şəmkir, Gədəbəy, Gəncə turu – 19.08.2022 axşam ziyafəti

“Şəmkir, Gədəbəy, Gəncə” turumuz davam edir.”Partners & Business” layihəsi çərçivəsində “Marsol” və “Globus Travel“ın təşkil etdiyi turda iştirak edən partnyorlarımızla birlikdə Şəmkir “Excelsior Hotel”də istirahətimizə axşam ziyafəti ilə davam etdik. Ləziz təamlardan dadaraq bir-birimizlə həmsöhbət olduq. Həm dostluq, həm də biznes münasibətlərimizi möhkəmləndirdik. Ardınca isə “Mafia” oyunumuz başladı. Yaxşıca əyləndik. Amma ən gözəl tərəfi partnyorlarımızdan birinin doğum gününü qeyd etməyimiz oldu. Kirpi Tekstilin satış və marketinq direktoru Yaqut xanıma doğum günü sürprizi etməyimiz gecəmizə daha fərqli bir rəng qatdı.

Həmin anların da yer aldığı səyahətimizdən maraqlı görüntüləri sizlərlə bölüşürük. İndi isə, Gədəbəy istiqamətində yola düşmüşük.

Gözəl anları fotolara yansıda bildikcə sizlərlə bölüşməyə davam edəcəyik.