“Marsol Region” partnyorları ilə “Evqur” şirkətinin futbol komandası arasında yoldaşlıq oyunu keçirilib.

Şəki şəhərində fəaliyyət göstərən partnyorumuz Sporta (Qartal Arena) məkanında təşkil etdiyimiz yoldaşlıq oyununda sahibkarlar asudə vaxtlarını rəqabət dolu bir fəaliyyətlə dəyərləndirmək qərarına gəliblər. Sağlamlıq və asudə vaxtın faydalı şəkildə dəyərləndirilməsi məqsədi ilə təşkil olunan oyun həmçinin sahibkarların bir-birilərilə yaxından tanış olması üçün imkan yaradıb. “Evqur” komandasının qalib olduğu yoldaşlıq oyunu xoş təəssüratlarla başa çatıb.

Ardından sahibkarlar çay süfrəsi ətrafında oyun haqqında təəssüratlarını bölüşmək imkanı əldə ediblər. Həmçinin, sahibkarlara “Marsol Region” fəaliyyətləri ilə bağlı məlumat verilib.