Ofis Ziyarəti “Storm Engineering” – 29.08.2023

“Ofis Ziyarəti” görüşü çərçivəsində bu gün partnyorumuz “Storm Engineering” şirkətində qonaq olduq. Partnyorlarımızın iştirakı ilə baş tutan görüşdə şirkətin rəhbəri Mustafa Sərdarov bizi çay süfrəsi ətrafına dəvət etdi. Sahibkarlar öz biznesləri haqqında məlumat verərək yeni tanışlıqlar qurmaq və bir-birilərilə biznes təcrübələrini bölüşmək imkanı əldə etdilər. Daha sonra Mustafa bəy sahibkarlara şirkətin əsas fəaliyyət istiqaməti olan inspeksiya və laboratoriya xidmətləri haqqında məlumat verdi. Həmçinin, görüşün davamında sahibkarlar “Marsol Group” fəaliyyətləri haqqında öz təəssüratlarını bölüşdülər. Görüşün sonunda şirkət tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

Nəzərinizə çatdıraq ki, “Storm Engineering” şirkəti beynəlxalq standartların tələblərinə uyğun olaraq təhlükə potensiallı obyektlərdə, istehsalatda və tikililərdə bədbəxt hadisələrin qarşısının alınması istiqamətində inspeksiya və laboratoriya xidməti göstərməkdədir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Bf Home
Çapar Group
Concrete Bureau
Arbitro