Ofis və istehsalat ziyarəti “FFF+N” – 29.08.2023

Bugün partnyorlarımızla birlikdə növbəti ofis ziyarətində “FFF+N” şirkətində qonaq olduq. Şirkətin rəhbəri Tacirə İslamova iştirakçıları çay süfrəsi ətrafına dəvət edib. Bir-birilərilə tanış olan partnyorlarımız öz biznes təcrübələrini bölüşərək səmimi mühitdə fəal şəkildə iştirak ediblər. Həmçinin, onlar Tacirə xanımın təqdimatında “FFF+N” şirkətinin fəaliyyətləri haqqında məlumat əldə ediblər. Görüşün davamında Tacirə xanımın rəhbərliyi ilə partnyorlarımız şirkətin istehsalat sahəsini ziyarət edərək respublikanın bütün bölgələrində satılan ip və boruların istehsal prosesi yaxından tanış olublar.

Qeyd edək ki, “FFF+N” şirkəti sintetik xammaldan kənd təssərrüfatına lazım olan müxtəlif diametrdə iplərin istehsalı ilə məşğuldur. Bununla yanaşı əsasən məişətdə və istixanalarda istifadə olunan, suvarma sistemi üçün damlama boruların istehsalını həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Master Cleaning
166 Yükdaşıma və Logistika
Rövşənoğlu Holding
Qurban.az
Sofistico