Portuqaliya Biznes Kampı – 27.08.2023

Marsol Karyera və İnkişaf Mərkəzi ilə Shane Academy-nin birgə təşkil etdiyi “Portuqaliya biznes kampı”nın sonuna çatdıq.

İnnovasiyalarla dolu fəaliyyətlərin gerçəkləşdirildiyi kampda baş tutan müxtəlif təlimlərdə “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları biznes planı qurmaq, öz brendini yaratmaq kimi mövzularda doğru qərarları vermək və yeni baxış bucaqları kəşf etmək imkanı əldə etdilər. Həmçinin onlar inşaat, təhsil və maliyyə sektorunda fəaliyyət göstərən şirkət rəhbərləri ilə tanış olaraq sahibkarlıq fəaliyyətləri mövzusunda maarifləndilər. Kampın təlim hissəsinin ardından gənclər növbəti maraqlı fəaliyyətləri gerçəkləşdirmək üçün yola çıxdılar.

İştirakçılar, müasir rəssamların, memarların və mütəfəkkirlərin milli və beynəlxalq sərgilərini təqdim edən “MAAT” muzeyinə gedərək incəsənət, memarlıq və texnologiyaya yönəlmiş müxtəlif layihələrlə tanış oldular.

Portuqaliya kampı çərçivəsində həmçinin Lissabon və Porto şəhərlərində yerləşən müxtəlif tarixi abidələrlə tanış olan gənclər ölkənin keçmiş tarixi, mədəniyyət nümunələri və turizmin inkişafında rol oynayan fəaliyyətlər haqqında məlumat əldə etdilər.

Gənclər üçün həm faydalı həm də əyləncəli fəaliyyətlərlə dolu “Portuqaliya kampı”nı başa vurduq.. İnnovativ şəxsiyyətlər yetişdirməyi hədəflədiyimiz “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində bu kimi turların, gənclərin dünyagörüşü və sosial bacarıqlarının inkişafında rolunu bir daha vurğuladığımıza inanırıq!

Proqramda iştirak edən hər kəsə təhsil və iş həyatında uğurlar diləyirik…