“İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda tədbir

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi”nin təşkilatlatçılığı ilə “Bakı KOB Evi”ndə “İdxal-ixrac əməliyyatları sahəsində problemlər və perspektivlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində idxal-ixrac əməliyyatları aparan vergi ödəyicilərinə nəzarət, əməliyyatlarının tənzimlənməsi, ticarətin asanlaşdırılması mövzusunda bir sıra məqamlara toxunulub.

Həmçinin, Marsol Group partnyoru olan sahibkarlar da iştirak edərək idxal-ixrac əməliyyatlarında problemlər haqqında baş tutan müzakirələrdə həmsöhbət olublar. Görüşün davamında partnyorların mövzu çərçivəsində verdikləri suallar cavablandırılıb.