Portuqaliya Biznes Kampı – 26.08.2023

Marsol Karyera və İnkişaf Mərkəzi ilə Shane Academy-nin birgə təşkil etdiyi “Portuqaliya Kampı”nın beşinci günündə “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları üçün maraqlı gəzinti təşkil olundu.

Bu dəfə iştirakçılar Porto şəhərinə səfər etdilər. Porto Portuqaliyanın şimalında yerləşən qədim tarixə malik bir şəhərdir. Tur zamanı gənclər şəhərin mərkəzi hissəsini, memarlıq abidələrini, parkları gəzdilər.

Gəzinti zamanı iştirakçılar Portonun zəngin tarixi və mədəni irsini öyrənmək imkanı əldə etdilər. Onlar xatirə şəkilləri çəkdirib gələcəkdə yenidən qayıtmaq arzusunda olduqlarını bildirdilər. Belə gəzintilər onların dünyagörüşünün artmasına və yeni mədəniyyətləri öyrənməsinə şərait yaradır. Layihənin təşkilatçıları da bu cür tədbirlərlə iştirakçıları hərtərəfli inkişaf etdirməyə çalışırlar.