Portuqaliya Biznes Kampı – 25.08.2023

Lissabonu kəşf etdiyimiz Biznes kampın dördüncü günü ziyarət etməli olduğumuz yerlərdən ilki Avropanın ən böyük meydanlarından biri “Praça do Comércio” meydanı oldu. Meydanı əhatə edən binaların istifadəsi hal-hazırda dövlət idarələri, otellər, restoranlar, kafelər, mədəniyyət və tanıtım fəaliyyətlərinin gerçəkləşdirildiyi məkanlar arasında bölünür. Burada, uşaqlar şəhərin mədəniyyətinin əks olunduğu, turizm sahəsinin inkişaf etməsi üçün bariz nümunə olan müxtəlif mağazaları ziyarət ediblər.

İştirakçıları meydanın maraqlı tarixi haqqında məlumatlandırdıqdan sonra növbəti ünvanımıza doğru yola düşdük. Lissabon üçün simvolik olan dəmir yolu nəqliyyatı vasitəsilə şəhərin maraqlı və estetik məkanlarını izləyərək “Portas do Sol” bölgəsində yerləşən tarixi yerləri ziyarət etdik.

Uzun günün ardından uşaqların sosiallaşmasını hədəfləyən rəqabət dolu Mafia oyunu təşkil etdik.

Lissabonun heyrətamiz tarixi ilə yaxından tanış olduğumuz xoş təəssüratlarla dolu bir gün daha başa çatdı.