Portuqaliya Biznes Kampı – 24.08.2023

Portuqaliya Kampının üçüncü günündə “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları yeni faydalı fəaliyyətlərin davamı üçün Lissabon şəhərini kəşf etməyə davam edirlər..

Bu dəfə iştirakçılar incəsənət, memarlıq və texnologiyaya yönəlmiş mədəni layihə olan, müasir rəssamların, memarların və mütəfəkkirlərin milli və beynəlxalq sərgilərini təqdim edən “MAAT” muzeyində olublar. “MAAT”ın proqramı 2016-cı ildə Tejo Elektrik Stansiyasının binasının təmir edilmiş məkanlarında keçirilən dörd sərgi ilə başlayıb. Tur iştirakçıları həmçinin, 1909-1972-ci illərdə fəaliyyət göstərən və günümüzdə muzey olan stansiyanı da ziyarət ediblər. Onlar burada müəssisənin tarixi, fəaliyyətləri, elektrik cərəyanı generatorları, soyuducu dövrə kanalları və digər istehsalat avadanlıqları haqqında məlumat əldə ediblər.

Uşaqlar üçün əyləncəli və faydalı bir təcrübə olan səyahətdən sonra günün qalan hissəsi üçün şəhərin müxtəlif məkanlarını kəşf etmək imkanını dəyərləndirdik. Bu məkanlardan biri Lissabonun Belem bölgəsində 16-cı əsrə aid Belem Qalası oldu. Zərif görünüşünü bu günə qədər qoruyub saxlayan, zəngin mədəni irsi olan qala haqqında uşaqlara maarifləndirici məlumatlar verildi.

Beləliklə, unudulmaz təcrübələrlə dolu, faydalı və əyləncəli bir günü daha başa vurduq.