Marsol Business Club “Korporativ satış” mövzusunda təlim – 25.08.2023

25 avqust tarixində “Marsol Group”un nəzdində fəaliyyət göstərən “Marsol Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə biznes planının yaradılması, marketinq strategiyalarının genişləndirilməsi məqsədi ilə sahibkarlar üçün “Korporativ satış” mövzusunda təlim təşkil olunub. Şirkətlər arasında baş tutan yeni tanışlıqların ardından “Başak Supply” şirkətinin icraçı direktoru Sarvan Aslanov görüşün təlim hissəsinə keçid edib. Partnyorlarımız “Korporativ satış” başlığı altında müştəri münasibətlərinin gücləndirilməsi, marketinq strategiyalarının işlənib hazırlanması və bu kimi mövzularda maarifləniblər.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Onur Plast
Fooda Kulinariya
Unisell
Mobil Group
Emlak.az
Laser Service
ASCEND GROUP
Odero
Unity Technologies
Facet
Başak Supply