Regional Tərəfdaşların İnkişafı “Zaqma” -17.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Zaqatala rayonunda faəliyyət göstərən “Zaqma”MMC-ni ziyarət etdik. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Zaqatala KOB Dostu Fuad Əliyev iştirak edib. İlk öncə istehsalatın böyüdülməsi, yerli satış və növbəti illərdə ixrac tələblərinin qarşılanması üçün soyuducu kameraların və yeni meyvə qurutma kameralarının yerləşdiriləcəyi meyvə qurutma müəssisəsində qonaq olduq. Müəssisənin layihə rəhbəri Sahib Əliyevdən gələcəkdəki planlar, yerli satış və ixrac olunan məhsulların keyfiyyəti haqqında məlumatlar aldıq. Ardınca şirkətin 2016-cı ildən etibarən ixracla fəaliyyətə başlayan Fındıq Emalı Zavodunu gəzdik. Burada zavodun direktoru Həzrət Süleymanov ilə görüşüb çay süfrəsi ətrafında KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlərdən bəhs etdik. Qarşılama və xoş münasibətə görə Zaqma Foods şirkətinin rəhbərliyinə təşəkkür edirik.