Regional Tərəfdaşların İnkişafı “Lecheq” MMC -13.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində 2017-ci ildən etibarən istehsalın əsas hissəsini qızılgül yağı təşkil edən və ümumi sahəsi 180 hektar olan Lecheq Farm&Distillery LLC-ni ziyarət etdik. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Zaqatala KOB Dostu Fuad Əliyev iştirak edib.Bizi şirkətin direktoru Bəxtiyar Heraçiyev qarşıladı. Çay süfrəsi ətrafında parfum və ətir sahəsində əsas xammal hesab olunan gül yağının ixrac olunduğu ölkələr, müəssisənin daimi və mövsümi işçi sayları, lavanda və qızılgül plantasiyalarının suvarılma sistemi haqqında məlumat aldıq. Daha sonra qızılgül yağının istehsal olunduğu istehsalat bölməsi ilə tanış olduq. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik.Qarşılama və xoş münasibət üçün Bəxtiyar bəyə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!