Regional Tərəfdaşların İnkişafı “Balakən Toxum” -18.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində ölkəmizdə kənd təsərrüfatı sahəsində əsasən toxumçuluq sektorunda 2017-ci ildən təsis edilərək fəaliyyətə başlayan “Balakən Toxum“MMC-ni ziyarət etdik. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Zaqatala KOB Dostu Fuad Əliyev iştirak edib. Bizi şirkətin rəhbəri Serhan Keltepe qarşıladı. Çay süfrəsi ətrafında hibrid toxum istehsalı, bu sahədə atılacaq gələcək addımlar, dövlətin kənd təsərrüfatının inkişafı üçün göstərdiyi dəstək mexanizmləri haqqında müzakirələr apardıq. Daha sonra qoşqular, texnikalar və onların ehtiyat hissələrinin satış ərazisini gəzərək ətraflı məlumatlar aldıq. Sonda Serhan bəylə birlikdə şirkətin dənli bitkilərin qəbulu, qurudulması və avtomatlaşdırılmış formada paketlənməsi üçün tikintisi davam edən toxum təmizləmə zavodu ilə tanış olduq.Qarşılama və xoş münasibətə görə Serhan bəyə təşəkkür edirik.