Regional Tərəfdaşların İnkişafı “Eden Park Hotel” -16.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz Qax rayonunun İlisu kəndində fəaliyyət göstərən “Eden Park Hotel”ə oldu. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Qax KOB Dostu İmam İmamlı iştirak edib.”Eden Park Hotel”in direktoru Salah Maqsudovla görüşüb çay süfrəsi ətrafında turizm sektoru ilə bağlı bir çox mövzulara toxunduq. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik. Qarşılama və xoş münasibətə görə Salah bəyə təşəkkür edirik.