Business Breakfast “Prive Steak Gallery” – 03.02.2023

Bu səhər xanım sahibkarların da iştirakı ilə “Prive Steak Gallery” restoranında “Business Breakfast” görüşümüz baş tutdu. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə əvvəlcə partnyorlarımız arasında tanışlıqlar oldu. Daha sonra dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Bakı və Xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu Fariz Bağırov da görüşdə iştirak edərək partnyorlarımızla həmsöhbət oldu.

Daha sonra görüşümüzün baş tutduğu “Prive Steak Gallery” restoranının direktoru Fuad Novruzlu restoranın xidmətləri barəsində məlumat verdi. Həmçinin görüşdə “Yerli şirkətlərin tanıtım sərgisi 2023” və “Marsol Karyera və İnkişaf Mərkəzi” tərəfindən təşkil olunan “Gələcəyin sahibkarları” layihəsi haqqında video təqdimat izlənildi.

Görüşün son hissəsində isə “Kapital Bank”ın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin Alternativ Satış Kanalları Şöbəsinin meneceri Vüsal Axundzadə bankın xidmətləri və məhsulları haqqında məlumat verdi, sahibkarların suallarını cavablandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Silo Construction
Unilegal
Maricel Real Estate
Kapital Bank
Caspos Holding
Mart Group
İvento
Abşeron Logistika
Şərəf Media
Avtolux
New Life Systems
Omax Group
Eurodoor
KOBİA
Royal Travel
Fleetstock
Agro Kimya
Master Cleaning
Enna ( Qonaq )
Garanti Group
İcon Pərdə
RİF Mebel
Prive Steak Gallery
GazProm
Catering Baku