Regional Tərəfdaşların İnkişafı “VİP Karvan” -06.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz Şəkidə fəaliyyət göstərən “VİP Karvan” restoranına olub. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak etdib. “VİP Karvan”nın direktoru Polad Rəcəbovla çay süfrəsi ətrafında həmsöhbət olduq. Turizmin inkişafı və müştərilərin məmnunluğu ilə bağlı bir neçə mövzuya toxunduq. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik. Karvan Restaurant Şəkidə müştərilərinə həm milli, həm də xarici mətbəxin ləziz təamlarını təqdim edən, bir neçə zal və kabinetlərdən ibarət restorandır.