Regional Tərəfdaşların İnkişafı “Kələğayı” AS -06.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz qədim kəlağayı sənətimizi bu gün də yaşadan “Kələğayı” ASC-yə olub. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak etdib. “Kələğayı” ASC-nin direktoru Şamilov Əmiraslanla çay süfrəsi ətrafında həmsöhbət olduq. Bizə baba sənəti olan bu sahənin keçmişindən bəhs etdi. Kəlağayının ağ ipək parçadan başlayaraq son hala qədər keçdiyi mərhələlərlə tanış olduq. Biz də öz növbəmizdə KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik. “Kəlağayı” ASC kəlağayı sənətini keçimişdə olduğu kimi təbii rənglərlə və çap müdaxiləsi olmadan taxta möhürlərdən istifadə edərək bugünümüzə kimi yaşatmaqdadır.