Regional Tərəfdaşların İnkişafı “Asimoğlu” -06.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz mini kekslərin, kökələrin istehsalçısı “Asimoğlu” MMC-yə oldu. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib. “Asimoğlu” şirkətinin direktoru Nəbiyev Rüfətlə çay süfrəsi ətrafında fəaliyyətləri və gələcək planları haqqında müzakirələr aparıldı. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verildi. “Asimoğlu” MMC fərqli dolğulu mini kekslərin və kökələrin istehsalı ilə məşğul olmaqdadır.