Regional Tərəfdaşların İnkişafı “Qinyətoğulları” -07.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən “Qinyətoğulları” arıçılıq təsərrüfatına olub. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib.Təsərrüfatın rəhbəri Lətif Lətifovla çay süfrəsi ətrafında həmsöhbət olduq. Bizə arıçılıq məhsullarının keyfiyyətliliyi barəsində vacib nüanslardan bəhs etdi. Biz də KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik. Sonra arıçılıq və bal məhsullarının paketləməyə qədərki mərhələləri ilə yaxından tanış olduq. Qinyətoğulları Azərbaycanın ən füsunkar guşələrindən biri olan Şəkinin Baş Küngüt kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatıdır. Masallı, Lerik, Saatlı, Yevlax, Ağdaş, Şəki, Oğuz, Zaqatala, Qax və s. rayonlarda arıxanaları yerləşir. 47-ci Beynəlxalq Arıçılıq Konqresində – Apimondiada təşkil edilmiş bal yarışmasında “Qinyətoğulları” cökə balı öz kateqoriyasında 3-cü yeri tutub.