Regional Tərəfdaşların İnkişafı “Halvaçı Yəhya Şirniyyat Evi” -09.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz Şəkidə fəaliyyət göstərən “Halvaçı Yəhya Şirniyyat Evi”nə olub. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak edib. Şirniyyat evinin direktoru Ramin Səmədovla fəaliyyətləri və gələcək planları haqqında, xususi ilə də 180 illik ulubabalarından gələn halvaçılıq sənətinin hələ də qorunması, yeni resseptlər və unudulmuş bəzi qədim şirniyyat növlərinin yenidən satışa çıxarılması barədə müzakirələr apardıq. Biz də KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik. “Halvaçı Yəhya Şirniyyat Evi” 180 ildir halvaçılıqla fəaliyyəti ilə məşğuldur. Hal hazırda Şəki və Azərbaycana məxsus müxtəlif çeşidli şirniyyatlar istehsal edirlər.