Regional Tərəfdaşların İnkişafı “Xanevi Mebel” -09.01.2023

“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində növbəti ziyarətimiz mebel istehsalı ilə məşğul olan “Xanevi Mebel”ə olub. Görüşdə Marsol şirkətinin Regional layihələr üzrə koordinatoru Nəriman Cəfərli və Şəki KOB dostu Elbrus İskəndərov iştirak etdib. “Xanevi Mebel”in təsisçisi Rauf Hacıyevlə birlikdə fəaliyyətlərinin daha da genişləndirilməsi, yeni avadanlıqların alınması və daha böyük atelyedə davam edəcək işlər barəsində müzakirələr apardıq. KOBİA və Marsolun sahibkarlığın inkişafı üçün göstərdikləri birgə fəaliyyətlər haqqında məlumat verdik.