“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində Marsol Region partnyorları ilə Qax rayonunun ərazisində yerləşən partnyorumuz “Göl kənarı” ailəvi istirahət zonasında B2B görüş çərçivəsində bir araya gəldik. Şəki KOB İnkişaf Mərkəzi (KOBİM) və Marsol Region tərəfindən region sahibkarları üçün “Satışın psixologiyası” mövzusunda maarifləndirici görüş baş tutub.

Daha sonra Region partnyorları öz bizneslərindən və fəaliyyətlərindən danışaraq bir-birilərilə yaxından tanış olublar. Görüşün davamında Marsol Region-un layihələr üzrə koordinatoru Sərdar Qədirov sahibkarlar arasında yeni iş imkanları və əməkdaşlıqlar hədəfləyən “Marsol Group” haqqında məlumat verib. Sahibkarlar arasında təşkil olunan işgüzar region turları və xarici turlar haqqında da məlumat verilib və partnyorların sualları cavablandırılıb. Həmçinin, Sərdar bəy “Marsol Karyera və İnkişaf Mərkəzi” haqqında da danışaraq sahibkarlıq dərslərinin və uşaqlar üçün tətbiq olunan yeni layihələrin uşaqların gələcək həyatındaki önəmini vurğulayıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

This will close in 0 seconds