“QAYO” şirkəti 2015-ci ildən başlayaraq, çoxdamarlı mis (Cu) və alüminium (Al) naqillərin istehsalına başlamışdır. Belə ki, şirkət, dövlət əmtəə nişanlı, məhsul keyfiyyətinə görə laboratoriya analizindən keçmiş və sertifikatlaşdırılmış, Türkiyə istehsalı olan mühafizə örtüklü və standartlara tam uyğun, müxtəlif rənglərdə çoxdamarlı mis və alüminium məftillərin istehsalçısıdır.
Eyni zamanda 2020-ci ildən etibarən, “QAYO” şirkəti sadə, kompozit və rulon tipli plastik boru məhsullarının istehsal fəaliyyətinə də başlamışdır. Eyni ilə kabel istehsalında olduğu kimi, dövlət əmtəə nişanlı, laboratoriyadan keçmiş və sertifikatlaşdırılmışdır. Belə ki, məshullarımız, Türkiyə və digər xarici ölkələrdən gətirilmiş olan əla keyfiyyətli xammalla istehsal olunub, qısa zaman çərçivəsində yüksək standartlar nümayiş etdirərək, müştərilərin böyük rəğbətini qazanmışdır.

Müştəri məmnuniyyətini daima diqqət mərkəzində saxlamaqla, “QAYO” şirkəti pərakəndə satış sektorunda da ilklərə imza atmışdır. Belə ki, şirkətin nəzdində, xüsusi olaraq “İctimaiyyətlə Əlaqələr” şöbəsi yaradılmışdır. Belə ki, müştəri-şirkət əlaqələrinin yaranması, müştərilərin irad və təkliflərinin düzgün şəkildə dəyərləndirilməsi və onları daima diqqət mərkəzində saxlamaqla, məmnuniyyətin təmin olunmasına bilavasitə töhfə verir.
Habelə, müxtəlif dizaynda, gözoxşayan, kabel məhsulların satışının effektiv və komfortlu şəkildə həyata keçirilməsi üçün, “QAYO” öz alıcılarını məhsul stendləri ilə də təmin edir!
Məhsullarının keyfiyyətinə tam zəmanət verərək, müştəri məmnuniyyətini qazanan “QAYO” şirkəti çevik və effektiv satışı ilə də daima rəğbət qazanmaqdadır.
Ən nəhayət, başlıca məqsədimiz təcrübəli və bilikli, zəhmətkeş kollektivimiz ilə sizin güclü tərəfdaşınız olaraq, daha böyük uğurlara imza atmaqdır.

Ünvan: Binəqədi şos. 5, AZ1117 Binəqədi ray., Bakı, Azərbaycan

Mobil: +994 55 258 24 24

web: www.qayo.az

e-mail: [email protected]

Rəy bildirin