“Partners and Business” BAKU 2022

16, 17, 18 iyun 2022-ci il “Baku Crystal Hall” mətbuat zalında yerli şirkətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi və konfransı keçiriləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Məşğulluq Agentliyi və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı, “Qayo Group”un sponsorluğu, “Grow Audit”in tərəfdaşlığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.
3 gün davam edəcək konfrans hissəsində 2000-ə yaxın sahibkarın iştirakı və panel müzakirələr nəzərdə tutulur.

Ümumilikdə, sərgidə 200-ə yaxın şirkətin və 10000 ziyarətçinin iştirakı nəzərdə tutulur. Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.