1 iyun “DineHall” restoranında xanım sahibkarların da iştirakı ilə işgüzar münasibətlərin yaradılması və inkişafı üçün təşkil etdiyimiz növbəti “Business Breakfast və B2B” görüşümüz gerçəkləşib. Tədbirdə partnyorlarımız sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verib və tanışlıqlar olub.
Yaradılan biznes əlaqələri çərçivəsində partnyorlarımızın maarifləndirilməsi məqsədi ilə təlim xarakterli təqdimatlar təşkil olunur. Bu günki mövzular “Sat Group” şirkətinin rəhbəri Azad bəyin təqdimatında “Uğurlu networking” və “Efor Strategic Agency” şirkətinin rəhbəri Şövkət bəyin təqdimatında “Qoyulan hədəfə çatmaq üçün marketinq büdcəsinin tənzimləmək qaydaları” oldu. Sonda isə partnyorlarımıza maraqlı olan suallar cavablandırıldı.
Həmçinin görüş zamanı partnyorlarımıza 2020 – ci ildə keçirilmiş sərgi və 2022-ci ildə reallaşacaq Yerli Şirkətlərin Tanıtım Sərgisi “Partners & Business” haqqında məlumat verilib.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər-
Şəms Tərcümə
Efor
Destec Group
Ağ Saray
Ecomedi
Caravan Group
Strix
Arbitro
Saloni
Qayo
Kardelen Tekstil
Elka Homes
Zərif İnterior
Vibrostone
Birgə və Sağlam
Pro Glass
Vitam
Ra-miles Travel
Sat Group
One Smart Star
Zərif Zərgər
İncert
Banu Bağça
Unilift
İndikator Avto
Fleetstook
Azsement
Muradoğlu