Sosial Fəaliyyət (Mafia) – 02.06.2022

2 iyun “La Liga Lounge Center”də “MARSOL” tərəfdaşları arasında sosial fəaliyyətlərimizə daxil olan növbəti “Mafia”oyunu və axşam ziyafəti baş tutub. Ənənəvi olaraq “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər.

Partnyorlarımız fərqli stratejik oyun sergilədilər və maraqlı axşam keçirtdiklərini bildirdilər. Həmçinin səmimi mühitdə keçirilən görüşlərin biznes netvorkinq çərçivəsində tanıtım, yeni biznes əlaqələrinin qurulmasında əsas amillərdən biri olduğunu qeyd etdilər.

Sonda görüş zamanı Yerli Şirkətlərin Tanıtım Sərgisi “Partners & Business” Baku 2022 haqqında ətraflı məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Z Glass
Sirab
Fire Universal
All Plast
Hood Academy
La Liga
Dr. Qoşqar
Azestetik
Sabiroğlu
Pərdəçi
Saloni
Office Pro