“Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirə baş tutub.

Bu gün təhsil sahəsində fəaliyyət göstərən Marsol partnyorları ilə birgə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirədə iştirak etdik. Görüşdə təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığı müzakirə edilib.

“Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirədə Təhsil naziri Emin Əmrullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov iştirak edib. Görüşdə həmçinin,yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib.

Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən biznes subyektlərini maraqlandıran suallar cavablandırılıb.