4 oktyabr tarixində yenidən Daşkəndə qayıtdıq. Ulu Öndərin xatirə büstünü ziyarət etdik. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini andıq və büstü önünə əkli qoyduq.
Daha sonra Daşkənddəki bəzi tarixi abidələri, məkanları, muzeyləri gəzdik. “Besh Qozon” restoranında özbəklərin məşhur yeməklərindən biri olan “Özbək plovu”nun dadına baxdıq. Ardınca alış-veriş etdik. Bazar yerlərində özbəklərlə ünsiyyətdə olmaq çox xoş oldu.
Axşam saatlarında Özbəkistan Respublikasının Məhəlləbəy ilə İş və Sahibkarlığın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin, Ticarət və Sənaye Palatasının əməkdaşlarının, Biznesin İnkişafı Agentliyi, Azərbaycanın Özbəkistan Səfirliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının Özbəkistan nümayəndələrinin və Marsol Partnyorlarının iştirakı ilə gözəl bir axşam ziyafəti baş tutdu. Özbəkistan iş adamlarının da qatıldığı bu görüşdə Azərbaycan və Özbəkistan biznes münasibətlərinin möhkəmləndirilməsi mövzusunda önəmli müzakirələr aparıldı.