Bu gün sahibkarların investisiyalara və maliyyə artımına baxış tərzini dəyişdirəcək vebinarımız baş tutdu. Vebinar çərçivəsində “GoldenPay”, “Hesab.az” və “eMobile” şirkətlərinin qurucusu, və hazırda ABŞ-da “Technovate İnvestments” şirkətinin prezidenti Fərid İsmayılzadə Amerikadada startapların necə irəlilədiyi, startaplara investisiyanın üstünlükləri və riskləri haqqında öz biliklərini bölüşdü. Fərid bəy həmçinin təqdimat çərçivəsində qlobal və lokal layihələrə qoyulan investisiyaların fərqini partnyorlara izah etdi.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!