İşgüzar Səhər Yeməyi “Kitchen Plus” – 29.11.2023

Bu gün “İşgüzar Səhər Yeməyi” çərçivəsində “Kitchen Plus” restoranında Marsol Group partnyorları və B2B əməkdaşlıqlar təklif edən görüşlərə maraqlı olan sahibkarlar arasında görüş baş tutub.

Tanışlıqdan sonra ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullarla yanaşı müasir istehsal avadanlıqlarının nümayiş olunacağı “Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisi haqqında məlumat verilib.

Görüşdə iştirak edən istehsalçılar avadanlıqlar və texnologiyalar eləcə də istehsalatda mühüm olan qaydalar haqqında öz biliklərini bölüşüblər.Bununla yanaşı Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Təhminə Piriyeva da görüşdə iştirak edib.

Təhminə xanım fondun fəaliyyətləri haqqında məlumat verdikdən sonra yeni layihələri diqqətə çatdırıb.Marsol Group-un Şimali Kipr nümayəndəsi, “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşdə iştirak edərək şirkətin fəaliyyətləri və xidmətləri haqqında təqdimat edib və ölkələr arasında inkişaf etdirilə biləcək əməkdaşlıqları müzakirə etmək imkanı dəyərləndirilib.

Sonda Marsol Group partnyorluğuna yeni qoşulan şirkətlərə “Üzvlük” sertifikatı təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Kapitan Su
Acom Təhlükəsizlik Sistemləri
Yecago
Easy Solutions
İcecold
LS Laser
Proglass
Global Supply
BSC
Express Logistika
Billur
All Plast
Ecolife
Evsetra
Asstetch
Arsi Group
İnkdustry
Elbaer
Naxış.az
Bayraktar Holding
İşartı
Ontop
Shane Academy
Azela Design
Sahibkarllığın İnkişafı Fondu
Monopak
Kart Pak
İdeal Print
Wotmax Estate