Eduland Daimi İnkişaf Mərkəzi

“Eduland Daimi İnkişaf Mərkəzi” ingilis dili mərkəzi kimi 2020-ci ilin oktyabr ayında yaradılmışdır. Mərkəzin təsisçi-direktoru Abutalıb Kamalovdur. Eduland-ın yaradılmasında əsas məqsəd cənub bölgəsində beynəlxalq bacarıqlara malik tələbələr yetişdirməkdir. Mərkəz 2021-ci ildən “ITAC beynəlxalq Təlim və Qiymətləndirmə Mərkəzi”nin cənub bölgəsində tərəfdaşıdır. Bu memoranduma əsasən 1000-dən çox tələbə beynəlxalq “Kembridge” testində iştirak edib və müvəffəqiyyət qazanıb. Fəaliyyət dövründə 4 şagirdimiz IELTS sertifikatı, 22 şagirdimiz rəsmi Cambridge sertifikatı, 4 müəllimimiz 8 TKT sertifikatı, 3 müəllimimiz IELTS sertifikatı əldə edib. Hazırda mərkəzimizdə 200 tələbə Kembric kurikulumu ilə ümumi ingilis dili dərsləri keçir. Mərkəzimiz şəhərin mərkəzində yerləşir, ingilis dilinin tədrisi üçün hər cür şəraitə malikdir və eyni vaxtda 90 tələbəyə təlim keçə bilər. Mərkəzdə hər həftə sonu “Conversation club” və “Movie day” təşkil olunur. Mərkəzimiz öz ixtisasına, tələbələrin sayına və imkanlarına görə rayonun ən qabaqcıl ingilis dili hazırlığı kursudur.

Ünvan: Lənkəran şəh. M.Ə. Rəsulzadə 18

Telefon: 025 25 50005 / 050 278 76 11

Web: Eduland.edu.az

Facebook, İnstagram: Eduland.edu.az