Ofis Ziyarəti “Tekaz” – 02.03.2022

Bu gün MARSOL partnyorlarımızla birgə qurulduğu gündən etibarən dünyada tanınmış və keyfiyyətli məişət texniklarını istehsalı ilə məşğul olan İsveçrə markası Frankenin, Türkiyənin tanınmış mətbəx mebeli brendi Lineadecor, Casa və Elmar mobilya, Koris kimi tanınmış brendlərin Azərbaycanda rəsmi nümayəndəsi “Tekaz” MMC-nin ofisində qonaq olduq.

İlk olaraq partnyorlarımız arasında tanışlıqlar olub və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat veriblər. Daha sonra şirkətin rəhbəri Kazım bəy şirkət haqqında məlumat verdi daha sonra partnyorlarımız şourumu gəzərək məhsullarla yaxından tanış olublar.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

MYZ İron
Business Finance and Audit
Sarr Logistika
Smart Group
Cleverest Academy
Qobustone
Saf Boya
Blum
Unilift
Asstrech
Tekaz