Biznes əlaqələrinin qurulması məqsədi ilə MARSOL partnyorları arasında növbəti “Business Breakfast və B2B” görüşü gerçəkləşdi. Ənənəvi olaraq tanışlıqlar olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.
Görüşdə “Dövlət Məşğulluq Agentliyi”-nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O, da öz növbəsində agentliyin fəaliyyəti haqqında partnyorlarımızı məlumatlandırdı.
Həmçinin “Business Breakfast və B2B” görüşündə “Efor Strategic Agency” şirkətinin təqdimatı baş tutub. Şirkətin rəhbəri Şövkət bəy hazırda 30-dan çox yerli və xarici markaya PR və Marketinq xidmətləri göstərdiklərini və bununla yanaşı rəqiblərin analizi, bazar araşdırması, şirkət üçün düzgün marketinq strategiyasının hazırlanması, rəqəmsal marketinq kimi xidmətləri də göstərdiklərini qeyd etdi. Görüşdə Şövkət bəy “Ölkə üzrə brendləşmənin optimal yolları” mövzusunda da təcrübələrini bölüşdü.
Sonda isə “Partners & Business 2022” sərgisi haqqında ətraflı məlumat verilib və sərgi planı partnyorlarımıza təqdim olunub.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
Naxçıvan Bank
Consept Home
DMA
Efor
Silo
Hafele