Ofis Ziyarəti “IATC” – 03.03.2022

Bu gün partnyorlarımızla “IATC” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Şirkətin rəhbəri Ceyhun bəy şirkətin fəaliyyət istiqamətlərindən partnyorlarımıza bəhs etdi. Belə ki, Ceyhun bəy “IATC” şirkətinin əsas fəaliyyət prinsipinin audit xidməti, vergi uçotu, mühasibat uçotu, hüquq xidmətləri və vergi xidmətlərindən ibarət olduğunu, bu xidmətlərin müştərilərə çoxillik təcrübəyə malik mütəxəssislər tərəfindən verildiyini qeyd etdi.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Asmir
Onur Plast
Panda School
Sarr Logistika
Flayblast
IATC