Business Breakfast “MARSOL Business Club” – 02.03.2022

“MARSOL Business Club”da  partnyorlarımızın daha yaxından tanış olmaqları, biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə həyata keçirilən növbəti “Business Breakfast və B2B” görüşü gerçəkləşdi. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.

Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı və xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Xəlil Xəlilov iştirak edib.

“Business Breakfast və B2B” görüşümüzdə “HRcell” şirkətinin təqdimatı reallaşıb. Bununla yanaşı şirkətin rəhbəri Ağahüseyn bəy partnyorlarımızla “HR-ın biznesdə rolu” mövzusunda  təcrübələrini bölüşüb və mövzu əsnasında partnyorlarımızın suallarını cavablayıb.

Həmçinin görüşdə satış, marketinq və idarəetmə yönümlü təlimlər, biznes konsaltinq xidmətləri  göstərən “Sat Group” şirkətinin rəhbəri Azad bəy “Satış” mövzusunda partnyorlarımıza qısa təlim keçib və təcrübələrini paylaşıb.

Sonda isə 2022-ci ildə reallaşacaq sərgi haqqında məlumat verilib və sərgi planı ilə tanış olublar.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
KOBİA
Newcond
Vien Group
Sat Group
Özsüt
Corn
Abşeron Logistika Mərkəzi
Feram Group
HR Consulting