Ofis Ziyarəti “Star Group” – 10.02.2022

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə  “Özsüt” restoranlar şəbəkəsinin də daxil olduğu “Star Group”da baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər. 

Daha sonra “Star Group” şirkətinin həmtəsisçisi Renat bəy şirkət haqqında ətraflı məlumat verdi. Belə ki, Renat bəy “Star Group”un özündə müxtəlif sahələri əhatə edən şirkətləri birləşdirən, yenilikçi və dinamik inkişaf edən holdinq olduğunu qeyd etdi. Həmçinin, Renat bəy yeni layihələri olan “Brandfoni” haqqında da partnyorlarımıza məlumat verdi.

Renat bəy MARSOL partnyorumuz olan “Özsüt” restoranlar şəbəkəsi haqqında da danışmağı unutmadı. Belə ki, öz xidmət səviyyəsi və keyfiyyəti ilə restoran şəbəkəsi sahəsinda ön sıralarda olan “Özsüt” restoranlar şəbəkəsinin Bakı şəhərində 5 filialı – Atatürk Parkı, Gənclik Mall, Qış Parkı, Elmlər, Fəvvarələr Meydanı filialları fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Billur MS
Hrcell
Corn
Qurban.az
Modern Hospital
L-Sim
KD Tekstil
ABV
Siberian Wellness
Shane English School
İcon Pərdə
Star Group