Business Breakfast “MARSOL Business Club” – 11.02.2022

Xanım sahibkarlarında iştirakı ilə, fərqli sektorlar üzrə qarşılıqlı əməkdaşlıqların və biznes əlaqələrinin qurulması məqsədi ilə reallaşan növbəti “Business Breakfast” görüşümüz “MARSOL Business Club”da baş tutub. Görüş zamanı şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar iş dünyasındakı son tendensiyaları müzakirə etdilər, o cümlədən iş dünyasında yaranan çətinliklərin həlli ilə bağlı fikirlərini və təcrübələrini paylaşdılar.
Görüşdə fəaliyyəti dövründə bir çox şirkətlərlə uzunmüddətli və keyfiyyətli münasibətlərə əsaslanan proyektlər həyata keçirmiş, mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərən şirkətlər arasında öndə gedən şirkətlərdən biri olan “Meslehetci.az”ın təqdimatı oldu. Şirkətin rəhbəri Abbas bəy vergi yoxlamaları mövzusunda məlumat verdi və partnyorlarımızın suallarını cavablandırdı.
Onu da qeyd edək ki, görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Laliga Lounch
Meslehetci az
Unilift
Naxçıvan Bank
SİF
AmbianceMed
Karvan – L
Akfa Elektrik